• Fırında qırmızı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 479

Tarix : 29-02-2016, 17:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4-5 ədəd qırmızı bibər,
1 su stəkanı düyü,
1 soğan,
1 qaşıq tomat,
Duru yağ,
Duz,
Istiot,
Reyhan,

Hazırlanması:
Qazana soğanı rəndələyin.
Duru yağı töküb qızarana qədər qarışdırın.
Tomatı da əlavə edib qovurmaya davam edin.
Yuyulmuş düyünü, duzunu , ədviyyatlarını əlavə etdikdən sonra 1 stəkan su əlavə edib suyunu çəkənə qədər bişirin.
Ocaqdan alıb soyumağa qoyun.
Digər tərəfdə isə bibərlərin üzərini bıçaqla kəsib duru yağda qızardın.
Sonra iç xərcini içinə yığın.
Üzərini pomidor dilimləri ilə örtün.
Bibərləri fırın qabına yığıb üzərinə yarım stəkan duru yağ və 1 stəkan su gəzdirib əvvəlcədən 200 dərəcə qızdırılmış fırında 20 dəqiqəyə yaxın bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, bişirin, qədər, pomidor, xərcini, içinə, Sonra, yığın, Üzərini, yağda, bibərlərin, tərəfdə, üzərini, bıçaqla, kəsib, qızardın, örtün, qızdırılmış, dərəcə
BİZİ İZLƏYİN