• Yağlama resepti

Reseptin məlumatları Baxış sayı: 15 580

Tarix : 23-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 paket lavaş,
Yarım kq qiymə,
2-3 ədəd soğan,
1 yemək qaşığı bibər tomatı,
Yarım yemək qaşığı pomidor tomatı,
duz,
istiot,
zeytun yağı,

Üzəri üçün:
Sarımsaqlı qatıq,

Hazırlanması:
Soğanların qabıqlarını soyun. Sonra soğanları yeməklik doğrayın. Qazana duru yağı alıb qızdirın. Qızdırdığınız yağa soğanları əlavə edib qızardın. Soğanlar qızarınca hazırladığınız qiyməni qizartmış olduğunuz soğanların içinə əlavə edin. Qovurmaya davam edin..Qiymə qovrulduqdan sonra duz və istiotu əlavə edin. Hazırladığınız qiymənin üzərinə bol su əlavə edib qaynadın. Oda davamlı şüşə qaba 1 ədəd lavaşaçın. Üzərinə bol hazırladığınız sosdan tökün. Sosu lavaşın üzərinə yayın. Sonra ikinci bir lavaşı onun üzərinə açın. İkinci lavaşın üzərinə də həmən sosdan əlavə edib yayın.Bütün lavaşlar bitənə qədər bu işləmi davam edin.İşləm sona yetəndən sonra dilimləmək lazımdır.
Sarımsaqları soyub narın-narın doğrayaraq qatığa qatmaq lazımdır. Sarımsaqlı qatığa isə az bir miqdar duz qataraq qatığı dadlandıraq.
Hazırladığınız yeməyi dilimləmək lazımdır. Dilimlədiyiniz yeməyin üzərinə sarmsaqlı qatıq gəzdirərək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, lazımdır, Hazırladığınız, davam, hazırladığınız, Sonra, soğanları, sosdan, narın, qatığa, dilimləmək, yayın, lavaşın, qatıq, sonra, Sarımsaqlı, Yarım, yemək, qaşığı
BİZİ İZLƏYİN