• Duzlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 674

Tarix : 9-12-2015, 19:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
3 yumurta
2 çay stəkanı süd,
2 çay stəkanı duru yağ,
1 ədət orta boy qabaq (rəndələnmiş)
Yarım qırmızı bibər,
10 ədət qara zeytin (doğranacaq),
1 su stəkanı küp küp doğranmış bərk pendir,
1,5 su stəkanı qarğıdalı unu,
1 su stəkanı un,
yarım dəstə şüyüd,
yarım dəstə cəfəri,
1 paket qabartma tozu,
duz ,
çörəkotu

Hazırlanması:
Yumurta köpüklənənə qədər çırpın.
Duru yağ və südü əlavə edin.
Rəndələnmiş qabak,qırmızı bibər,zeytin ,pendir , incə doğranmış şüyüd və cəfərini əlavə edin.
Tərəvəzləri taxta qaşıq yardımıyla möhkəm qarışdırın.
Unları , duz və qabartma tozunu qoyun .
Qarışdırma işləri bitdiyində tünd rəngli bir xəmir əldə etmiş olacaqsınıız.
Yağlanmış və un səpilmiş siniyə 1 barmaq qalınlığında olacaq şəkildə yayın.
Üstünə çörəkotu sərpin.
Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında bişirin.

Nuş olsun!
Etiketlər: stəkanı, şüyüd, dəstə, qabartma, çörəkotu, əlavə, yarım, doğranmış, bibər, qırmızı, Qarışdırma, Yağlanmış, qoyun, tozunu, səpilmiş, olacaqsınıız, işləri, xəmir, etmiş, rəngli
BİZİ İZLƏYİN