• Qara zirəli gürcü xəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 17 600

Tarix : 4-08-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
yağlı mal əti – 300 qr.
baş soğan – 50 qr.
kvliavi (qara zirə) -1 qr.
əla sort un – 300 qr.
su – 100 qr.
qara istiot – 1 qr.
qırmızı istiot – 1 qr.
duz – zövqə görə

Hazırlanması:
Əti kiçik dilimlərə bölün.
Baş soğanı 4-5 yerə bölün.
Ətlə soğanı eyni qaba tökün.
Zövqə görə duz, qara istiot, qırmızı istiot, zirə vurun. Yaxşıca qarışdırın.
Hazırlanmış qatışığı ət maşınından keçirin.
Çəkilmiş ətə su əlavə edin ki, durulaşsın.
Una duzlu su əlavə edib bərk xəmir yoğurun.
Xəmiri plastik torbaya qoyub 15-20 dəqiqiə dondurucuda saxlayın.
Qazana 5-7 l. su töküb duz əlavə edin, iti alova qoyun.
Soyuducudan çıxarılmış xəmiri təxminən 2 sm qalınlıqda yayın.
Stəkanla dairəvi, təxminən 40 qr-lıq xəmirlər kəsin. Yerdə qalan xəmiri yenidən yoğurub yayın, yenidən 40 qr-lıq dairələr kəsin.
Dairəvi xəmirləri nazik yayın. Nazik yayılmış lavaşların ortasına təxminən 40 qr. iç qoyub bükün.
Bükülmə prosesi çox vacibdir və aşağıdakı kimi həyata keçirilir:
Xəngəlin bitişdirilməsi sonuncu büküşə kimi hər büküşü yuxarı darta-darta yapışdırmaqla əmələ gəlir. Yapışdırma bitdikdən sonra başlığı burub artıq hissəni qopardın.
Hazır xəngəlləri ehtiyatla, ancaq sürətlə qaynayan suya qoyun.
Xəngəlləri suya salan kimi ehtiyatla taxta qaşıqla qarışdırın ki, qazanın dibinə və bir-birlərinə yapışmasınlar.
Təxminən 7 dəqiqədən sonra xəngəllər bişib qazanın üzərinə yığılacaq.
Kəfgirlə ehtiyatla çıxardın ki, partlamasın.
Lazım olduğundan artıq bişdikdə xəngəllər açılınb suya dağıla bilər.
Süfrəyə isti-isti verilir.
Üzərinə qara istiot səpilir.
Gürcü xəngəlinı əllə yeyərlər.
Ehtiyatla dişlənilir və suyu içilir.

Nuş olsun!
Etiketlər: başlığı, istiot, əlavə, ehtiyatla, təxminən, yayın, sonra, qarışdırın, qoyub, artıq, kəsin, xəmiri, xəngəllər, bölün, darta, qırmızı, yenidən, qazanın, soğanı, qoyun, ancaq
BİZİ İZLƏYİN