• Təndir aşı resepti

Reseptin məlumatları Baxış sayı: 15 541

Tarix : 19-12-2015, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


“Çəhmə aşı (Təndir aşı)” Ağbaba mahalının qədim yemək növüdür.

Tərkibi:
350 q yarma (2 stəkan),
200 q düyü (1 stəkan),
50 q əriştə (0.5 stəkan),
3-4 stəkan su,
160 q inçə doğranmış şüyüd,
160 q inçə doğranmış rehan,
1 stəkan çil lobya ,
500 q qoyun əti (Zövqə görə başqa çeşit ətlərdən də istifadə edə bilərsiniz),
250 q alça,
250 q ərik qaxı (zövqə görə dəyişər),
2 baş soğan,
2 yemək qaşığı tomat pastası,
lazım olan miqdar sarı yağ və ya duru yağ,
dəmlənmiş zəfəran,
lazım olan miqdar duz,

Hazırlanması:
Zəfəranı dəmləyin.
Lobyaları yumuşalanadək bişirib, suyunu süzün və kənara qoyun.
1 baş soğanı xırda doğrayıb duz tökün və yağda qovurun.
Soğanın rəngi qızıla çalana kimi ətlə qarışdırıb qovurun.
Ət bişəndən sonra kənara qoyun.
Ayrı 1 baş soğanı doğrayıb və əvvəlcədən tavaya tökdüyünüz yağla rəngi qızıla çalana kimi qızardın və sonra tomat pastası əlavə edib qarışdırın.
Soğan qızardıqdan sonra əvvəlcədən bişirdiyiniz əti soğana əlavə edin və bir az qovurub kənara qoyun.
Bir qazana 3 stəkan su tökün və içinə yarmanı töküb bişməsini gözləyin.

Yarma bişənə yaxın düyünü, alça və ərik qaxını, qızardılmış soğanı, lobyanı, bişmiş əti, inçə doğranmış tərəvəzləri əlavə edib yaxşıca qarışdırın.
Yeməyin suyu çəkilənə yaxın əriştəni də əlavə edərək suyunun tamamən çəkilməsini gözləyin.

Sonda isə əvvəlcədən dəmlədiyiniz zəfəranı yəməyin üstünə töküb yeməyi dəmə qoyun.
Yeməyi isti halda servis edin.

Nuş olsun!
Etiketlər: stəkan, qoyun, əlavə, doğranmış, sonra, əvvəlcədən, kənara, soğanı, miqdar, qarışdırın, lazım, pastası, töküb, tomat, reseptin, yemek, qızıla, çalana, rəngi, qovurun
BİZİ İZLƏYİN