• Quzu ciyəri dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16 739

Tarix : 10-03-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
(8 nəfərlik)
Quzu ciyəri 250 q,
Kərə yağı 250 q,
Düyü 1 kq,
Kuzunun iç yağı 250 q,
Cəfəri 1 dəstə,
Dolmalıq fıstıq 75 q,
Quş üzümü 50 q,
Toyuq suyu ,
Darçın 5 q,
İstiot 5 q,
Duz 10 q,

Hazırlanması:
Soğanı incə- incə doğrayıb tavada azca qovurun.
Kiçik parçalar halında doğradığınız ciyəri yuyun və soğanın yanına əlavə edin.
Ardından yuduğunuz düyüləri bir müddət daha qovurun. Sırasıyla ədviyyatları və isti toyuq suyunu əlavə edin. Qapağını örtüb vam odda 15 dəqiqə bişirin.
Ocağı söndürüb yarım saat dincə qoyun.
Quzu iç yağını 15 sm ölçüdə yuvarlaq olaraq kəsin və bir şorba kasasının içinə yerləşdirin.
Plovu içinə qoyub iç yağının kənarda qalan hissəsiylə üzərini örtün.
Fırın sinisinin üzərini qalan iç yağı ilə qapadın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 25 dəqiqəyə qədər ya da yağların rəngi qızılı rəng alana qədər bişirin.

Nuş olsun!
Etiketlər: içinə, əlavə, qalan, üzərini, qədər, qovurun, bişirin, ciyəri, Plovu, yerləşdirin, Cəfəri, qoyub, yağının, Kuzunun, kənarda, kasasının, şorba, yağını, qoyun, ölçüdə
BİZİ İZLƏYİN