• İspanaq çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 27 583

Tarix : 9-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq ispanaq,
5 xörək qaşığı duru yağ və ya kərə yağı,
1 baş soğan,
zövqə görə duz,
zövqə görə istiot,
4 yumurta,

Hazırlanması:
Sarımsaqlı -qatıq üçün:

1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın.
İspanağı yaxşıca yuyun və süzün.
İri qazanı suyla doldurun və qaynadın.

İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.

İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün.

Suyunun tamamilə çıxması üçün ispanağı əlinizlə sıxın. Süzülmüş ispanağı iri-iri doğrayın.

Tavada yağı qızdırın.

Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və təxminən 7 dəqiqə ərzində qızardın.

Üstünə ispanağı əlavə edib, təxminən 5-10 dəqiqə bərabər qızardın.

Zövgə görə duz və istiot vurun.

Yumurtaları bir qaba qırıb qarışdırın.

İspanağın üstünə tökün.

Yumurta hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin.

Tavanın qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta bərkiyənə qədər qarışdırmadan bişirin.
Süfrəyə sarımsaq-qatıqla verin.

Nuş olsun!
Etiketlər: təxminən, dəqiqə, İspanağı, ərzində, əlavə, ispanağı, sarımsaq, zövqə, tərəfə, süzün, qızardın, qarışdırın, yumurta, istiot, xırda, qırıb, Yumurta, İspanağın, üstünə, Yumurtaları
BİZİ İZLƏYİN