• Pərdə plovu resepti

Reseptin məlumatları Baxış sayı: 17 480

Tarix : 13-08-2015, 10:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı düyü,
100 qram bişib didiklənmiş toyuq əti,
1 su stəkanı arpa şəhriyə,
1su stəkanı fındıq,
1 çay stəkanı qoz,
1 stəkan qarğadalı,
2 yemək qaşığı kərə yağı,
2 yemək qaşığı duru yağ,
Arzuya görə ədviyyat və duz,

Xəmiri üçün:
1 yumurta,
1/2 çay stəkanı duru yağ,
1/2 çay stəkanı sirkə,
1/2 çay stəkanı su,
1 paket qabartma tozu,
Aldığı qədər un,

Hazırlanması:
Yumşaq bir xəmir yoğurun.
Uzun dörtkünc şəkildə vərdənə ilə açın.
Bir yanda şəhriyəni tavada qovurun.
Plovu bişirib soyudun.
Diğər iç ərzaqları ilə la birlikdə ayrı bir qabda möhkəm qarışdırın.
Xəmirin uc hissəsinə qoyub ətrafını sarıyıb bükün.
Üzərinə 1 yumurta sarısı sürtüb 200 dərəcəlik fırında qızardın.
Pərdə plovunun içini tamamən öz arzunuza görə seçə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, yemək, yumurta, sarıyıb, Xəmirin, hissəsinə, qoyub, ətrafını, qarışdırın, Diğər, soyudun, ərzaqları, birlikdə, möhkəm, qabda, bükün, sürtüb, tamamən, içini
BİZİ İZLƏYİN