• Kartoflu xəngəl resepti

Reseptin məlumatları Baxış sayı: 24 459

Tarix : 27-12-2015, 17:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 su stəkanı un,
1,5 su stəkanı qədər su,
1 şirniyyat qaşığı duz,

Kartoflu iç xərci üçün:
8 dənə kartof,
2 dənə quru soğan,
1 şorba qasigi tomat,
1 çay qaşigi pul bibər,
1 çay qaşıgı istiot,
Yarım su stəkanı duru yağ,

Üzəri üçün:
Böyük bir şorba kasası qatıq,
3 şorba qasigi kərə yag,
Yarim çay stəkanı duru yag ,
1 şirniyyat qaşigi tomat,

Hazırlanması:
Unu və duzu qarışdırın.
Suyu yavaş- yavaş əlavə edib qulaq məməsi yumşaqlığından daha sərt bir xəmir əldə edin. 10 dəqiqəyə qədər möhkəm yoğurun .
Xəmirinizi iki kündəyə bölüb 45 dəqiqə gözlədin.
Kartof üçün duru yağı qazana alın.
Kartofları soyub yuyun və rəndələyin.
Duru yağı qazana töküb üzərinə küp- küp kəsilmiş soğanları əlavə edin.
Soğanlar qızarana qədər qovurun.
Üzərinə kartofları əlâvə edin.
Kartoflar qızarmağa başladıqdan sonra tomatını, ədviyyatlarını, duzunu əlavə edib bir az daha qovurun və ocaqdan alıb soyumağa qoyun.
Dinlənmiş xəmirinizi unlayaraq əvvəlcə vərdənə ilə, daha sonran da oxlavla yuvarlaq və böyük olacaq şəkildə açın.
Su stəkanının ağız hissəsi ilə xəmirinizi kəsin.
Hazırlamış olduğunuz kartof xərcinizdən bir dolu çay qaşığı qoyun və yarım ay şəklində büküb çəngəllə kənar hissəsinə şəkil verin.
Böyük bir qazanda su qaynadıb içinə duz və çox az duru yağ əlavə edin.
Xəngəlləri qaynayan suda bişirin.
Xəngəlləri süzgəç yardımıyla sudan çıxarıb servis tabağına alın.
Yagi və tomatı qovurun.
Üzərinə xəfif duzla çırpılmış sarımsaqlı qatıq və tomat sosu gəzdirib servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, şorba, qədər, qovurun, tomat, qatıq, servis, yavaş, Xəngəlləri, qazana, Üzərinə, Böyük, xəmirinizi, kartof, qaşığı, şirniyyat, qasigi, qoyun, qaşigi
BİZİ İZLƏYİN