• Fırında toyuq budu dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 976

Tarix : 15-08-2015, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
7ədəd bütün bud,
1,5 su stəkanı düyü,
Yarım çay stəkanı duru yağ,
1 şorba qaşığı plovlıq fıstıq,
2 şorba qaşığı quş üzümü ,
Bir az duz,
Bir az istiot,
Yarım dəstə cəfəri,

Sosu üçün:
2 şorba qaşığı duru yag,
2 dis sarımsaq,
1 şorba qaşığı qatıq,
1 cay qaşığı pul bibər,
1 cay qaşığı istiot,
1 şirniyyat qaşığı kəklik otu,
Duz,

Hazırlanması:
Quş üzümünü yuyun,
20 dəqiqə isti suda saxlayın.
Düyünü yuyun.
Fıstıqla bərabər yağda bir az qovurun.
Qaynar suyu əlavə edib vam odda bişirin.
Plov suyunu çəkincə quş üzümlərini əlavə edin.
Möhkəm qarışdırın qazanın qapağını örtüb bir az gözləyin və kiçik- kiçik kəsilmiş cəfərini əlavə edin.
Bu arada toyuq budlarını hazırlayın.
Toyuq budlarını gözəlcə yuyun .
Üstündəki dəriyi qaldırmayın.
İti bir bıçaqla budun kənarında içini acmağa başlayın.
Bud hissəsinin yuxarısına doğru barmaqlarınızla bütün iç hissəsini cib kimi düzəldin.
Budların sosu ücün sarimsagi rəndələyin.
Qatıq ,pul bibər,istiot, kəklik otu və duzu möhkəm qarisdirin.
Uc hissəsini açdığınız budların içinə plovu doldurun və açıq hissəsini kürdanla bağlayıb hazırlamış olduğunuz sosa bulayın və kürdanlar altında qalacaq şəkildə fırın torbasına yerləşdirib torbanın agzini azca aciq qalacak səkildə baglayin.
Budları fırın tabağına da hazırladığınız sosu hər tərəfinıə yaymaqla yığa bilərsiniz.
Üstünü alminium folqa ilə örtərək 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin. İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, şorba, yuyun, əlavə, hissəsini, istiot, kəklik, budlarını, fırın, bibər, kiçik, bişirin, Yarım, bütün, stəkanı, olduğunuz, olsun, hazırlamış, bağlayıb, bulayın
BİZİ İZLƏYİN