• Toyuq ətindən rulet resepti

Reseptin məlumatları Baxış sayı: 29 151

Tarix : 6-06-2014, 15:01

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
3 dilim sarımsaq

Yumurtalı blinçik üçün:
3 ədəd yumurta
2 x.q. süd
Duz

Hazırlanması:
Toyuğu təmizləyib, iki hissəyə bölərək, dərisini ətindən ayırın.
Sonra toyuğun ətini (qanad və budlarını) sümükdən ayırıb, bir az döyəcləyin.
Toyuğun sümüklərini qazana qoyub, üzərinə su, soğan, xırdalanmış kök əlavə edərək, bulyon bişirin.
Duz səpməyi unutmayın.

Blinçikləri hazırlamaq üçün:
Yumurtaları südlə yaxşıca çalıb, üzərinə duz səpərək, yağda blinçikləri qızardın.
Sonra toyuğun dərisinin içinə duz səpib, döyəclənmiş toyuq dilimlərini toyuq dərisinin içinə qoyun.
Üzərinə duz və xırdalanmış sarımsağı səpib, üstündən bişmiş blinçikləri yerləşdirərək, rulet şəklində bükün.
Ruleti tənzifə və yaxud kətan salfetə büküb, saplarla bərkidərək, bulyona yerləşdirin.
Toyuq ruletini vam odda 50-60 dəqiqə müddətində bişirin.
Bişmiş toyuq ruletin üzərinə o qədər də ağır olmayan bir şey qoyaraq, soyudulur.
Süfrəyə verərkən toyuq ruletini dilimlərlə doğrayıb, öz zövgünüzə görə bəzəyin.

Nuş osun!
Etiketlər: toyuq, üzərinə, xırdalanmış, ruletini, bişirin, toyuğun, Sonra, içinə, səpib, dərisinin, blinçikləri, bükün, tənzifə, Ruleti, yaxud, yerləşdirərək, Üzərinə, qoyun, dilimlərini, döyəclənmiş
BİZİ İZLƏYİN