• Bibər necə qurudulur?

Reseptin məlumatları Baxış sayı: 20 927

Tarix : 18-12-2015, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 kq dolmalıq bibər,
yorgan ipi və ya bir az qalın bir ip

Hazırlanması:
Bibərləri əvvəlcə yuyun və suyunu süzün. Suyu süzülən bibərlərin baş hissəsini azca basaraq içinə doğru itələməklə sap hissələrini çıxardın.
Bibərləri tərs çevrərək ovcunuzun ortasına ya da yerə yavaşça vuraraq içindəki toxumları tökün.
Qalın bir iynəyə uzun bir ip saplayıb
bibərlərin alt hissələrindən iynəyə keçirərək sıra ilə düzün.
Çox sərt bir şəkildə tutularaq eyvanın çox günəş görməyən bir yerindən bibərləri asın.
Çalışın bibərlər bir –birinə dəyməyəcək şəkildə qurusun.
Bibərlər qıpqırmızı olub quruyunca ipdən alıb quru ,nəm görməyən qaranlıq bir yerdə saxlayı.
Ən yaxşı saxlamaq yolu kağıza sarıyaraq ağzı bərk bağlanmış bir torbada saxlamaqdır.
Günəşə sərilib qurudulan bibər çox istidən bişib dadı , rəngi və iyini itirir.
Bu na görə də bibərləri çox günəşdə deyil də günəş görməyən bir yerdə qurutmağa diqqət edin.
Bibər seçimində isə qalın olmayan yumşaq olan və bürüşük olmayan, yeni toplanmış yerli bibərlərdən almağa çalışın.
İçindəki toxumlarını mütləq təmizləyin.

Nuş olsun!
Etiketlər: görməyən, günəş, olmayan, şəkildə, iynəyə, bibərləri, bibərlərin, qalın, yerdə, bibər, Bibərləri, saxlamaqdır, Günəşə, sərilib, istidən, qurunəm, qurudulan, torbada, bağlanmış, saxlamaq
BİZİ İZLƏYİN