• Fırında tərəvəzli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 357

Tarix : 15-09-2015, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
Toyuğun istənilən yerindən 1 kq,
4 ədəd kartof,
2 ədəd soğan,
2 ədət pomidor,
bir neçə dənə bibər,
bir qaşıq tomat,
arzu etdiyiniz ədviyyatlar.
Yağ,
Duz,

Hazırlanması:
Parçalara ayrılmış toyuğu bişirməzdən ən az bir saat əvvəl bastırma edin.
Bunun üçün yağı , tomatı, ədviyyatları qatıb qarışdırın.
İçinə toyuğu və doğranmış soğanları da qatın.
Bişirməyə başladığınız zaman kartofu, pomidoru, bibəri də doğrayıb onlara qarışdırın və fırın sinisinə yerləşdirin.
İçərisinə bir stəkana yaxın su töküb,üzərini folyoyla örtüb fırına verin.
Çıxartmağa yaxın,üzərini açın və bir az üzərini qızardın.

Nuş olsun!
Etiketlər: üzərini, yaxın, qarışdırın, toyuğu, doğrayıb, onlara, fırın, pomidoru, başladığınız, Bişirməyə, zaman, kartofu, sinisinə, bibəri, İçərisinə, verin, Çıxartmağa, qızardın, olsun, fırına
BİZİ İZLƏYİN