• Fırında soslu balıq resepti

Reseptin məlumatları Baxış sayı: 14 903

Tarix : 25-02-2016, 10:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
5 dənə balıq,
2 dənə kartof,
2 dənə soğan,
1 dənə pomidor,
bir neçə dənə dəfnə yarpağı,

SOS üçün:
1 dəstə nanə,
1 dəstə cəfəri,
1 kiçik soğan,
zeytun yağı,
yarım çay stəkanı su,
bir az köri,

Hazırlanması:
Əvvəlcə sos üçün olan ərzaqları rondodan keçirdin.
Geniş bir qaba qoyub balıqları bulayın.
Fırın sinisinə düzün.
Üzərinə iricə doğradığınız soğan,kartof və pomidorları düzün.
Aralarına dəfnə yarpaqlarını qoyun.
Üzərinə qalan sosu tökün.
200 dərəcə qızdırılmış fırına yerləşdirin.
Qızarıb suyunu çəkincə fırından alın.

Nuş olsun!
Etiketlər: soğan, düzün, dəfnə, kartof, Üzərinə, dəstə, qalan, yarpaqlarını, qoyun, doğradığınız, iricə, tökün, pomidorları, Aralarına, fırına, çəkincə, fırından, olsun, suyunu, Qızarıb
BİZİ İZLƏYİN