• Fırında blinçik dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16 671

Tarix : 28-11-2015, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Souslar / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədət yumurta,
2 su stəkanı süd,
Yarım su stəkanı su,
2 yemək qaşığı zeytun yağı,
1.5 su stəkanı un (silmə olacaq),
1 silmə şirniyyat qaşığı duz,

Dolma üçün:
500 q. orta yağlı qiymə,
1 böyük soğan,
Bir dəstə cəfəri,
3 yemək qaşığı suxarı,
1 ədət yumurta,
Istəyə görə, istiot,cirə , kəklik otu, qırmızı bibər,
Şirniyyat qaşığı duz,

Sos üçün:
1 su stəkanı süd,
2 ədət yumurta,
1 çay stəkanı pendir,

Hazırlanması:
Duru ərzaqları dərin bir qaba alıb qarışdırın. Duzunu atın.
Unu ələyərək duru ərzaqlara qatın.
Xəmirin duru olması çox vacibdir
Qatı olarsa blinçiklərin bişməsi çətinləşər və içi xəmir qalar.
Teflon tavanızı yağlayın.
Yaxşıca qızmış tavanıza bir çömçə blinçik xəmirindən töküb xəmiri tavanın hər yerinə yaymağa çalışın.
Altı bişən blinçikin üst hissəsində olan xəmir tamamən itəcəkdir.
Bu zaman blinçiki o biri tərəfinə çevirin.
Blinçiki nə çox yüksək, nə də çox zəif atəşdə bişirməniz doğru olmaz.
Orta atəşdə bişirin.

Yeməyin hazırlanması:
Dolmanın ərzaqlarını 15 dəqiqəyə yaxın yoğurun.
8 ədət uzun köftə hazırlayın.
Köftələri tavada çox az yağla bərabər bir az qızardın.
Hazırladığınız blinçiklərin bir tərəfinə köftələrdən qoyun.
Kənarlarını içə qatlayın və rulon kimi bükün.
Fırın tabağına yerləşdirin.
Sosun ərzaqlarını qarışdırıb möhkəm çırpın və blinçiklərin üzərinə tökün.
180 dərəcəlik fırında holland pendirləri qızarana qədər bişirin.

Mənim servis tövsiyyələrim:
Bu yeməyi dilimləyərək və yanında tərəvəz və ya kartof qızartmasıyla servis edin.
Yanına da bol köpüklü bir ayran verə bilərsiniz.
Yemək 8 nəfər üçündür.
Yetməz deyə də düşünməyin.
Bir dənə blinçik dolması bir nəfəri doyura bilir.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, yumurta, blinçiklərin, tərəfinə, servis, atəşdə, blinçik, ərzaqlarını, yemək, silmə, bişirin, xəmir, qoyun, qatlayın, Kənarlarını, rulon, Fırın, köftələrdən, qarışdırıb
BİZİ İZLƏYİN