• Sembusek (ət qutabı) resepti

Reseptin məlumatları Baxış sayı: 17 724

Tarix : 10-12-2015, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
3 su stəkanı tam buğda unu,
1 su stəkanı ağ un,
1 su stəkanı su,
1 kiçik çay stəkanı qatıq,
Yarım çay stəkanı duru yağ,
1 yemək qaşığı quru maya,
2 çay qaşığı duz,

İç üçün:
300 q qiymə,
1 orta boy soğan,
1 ədət pomidor
2 ədət yaşil bibər,
Bir 4 yemək qaşığı duru yağ,
Istiot ,
Bir az cəfəri,
Çox az raziyana,
Duz ,

Üzərinə:
1 yumurta sarısı,
1 çay qaşığı qatıq,

Hazırlanması:
Xəmir üçün olan ərzaqlardan bir yumşaq xəmir yoğurun.
Xəmirin üzərini örtüb mayalanmaya qoyun.
Xəmir mayalanana qədər içi hazırlayın.
Soğan, bibər, pomidor və cəfərini kiçik doğrayıb qiyməyə qatın.
Duru yağ, ədviyyat və duzu da qatıb qarışdırın.
Mayalanan xəmirdən 2 qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın.
Unu səpərək vərdənə ilə kiçik bir tort tabağı böyüklüyündə oval şəkildə açın.
Açılan xəmirin yarısına içdən 1 qaşıq qoyub yayın.
Diğər yarısını üzərinə qapadın.
Kənarlarını kəsərək qapadın.
Siniyə yerləşdirib üzərinə yumurta və qatıq qarışığını sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.

Qeyd:
Ununu tamamən ağ və ya yarı-yarıya qarışdıraraq işlədə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, kiçik, qatıq, pomidor, yumurta, bibər, Xəmir, qədər, böyüklüyündə, yemək, qapadın, üzərinə, qoyub, Diğər, yarısını, qaşıq, yayın, Açılan, tabağı
BİZİ İZLƏYİN