• Pizza börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 17 464

Tarix : 17-08-2015, 12:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 stəkan süd,
1 kasa çəyirdəksiz zeytun,
1 kasa dilimlənmiş göbələk,
1 kasa soyulub doğranmış pomidor,
2 dənə incə doğranmış yaşıl bibər,
1 dənə doğranmış qırmızı bibər,
1 kasa doğranmış holland pendiri,
1 kasa kiçik doğranmış sucuk.

Hazırlanması:
Yumurta, duru yağ və südü qarışdırın.
Yuxaları yayaraq hazırlanan qarışığı yuxanın üzərinə sürtün.
Ikiyə qatlayıb yenidən hazırladığınız qarışıqdan sürtün.
Pizza ərzaqlarını içinə yayın.
Yavaşca rulon kimi bükün.
Bıçaqla 2 barmaq qalınlığında kəsin.
Yağlanmış siniyə kəsik hissəsi üstə düşmək şərti ilə düzün.
O biri yuxaları da eyni şəkildə hazırlayın .
Qalan duru qarışığı rulonların kənarına sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
İsti halda servis edin.
Ayrıca ,arzuya görə holland pendirini içərisinə yox, bişənə yaxın üzərinə də tökə bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğranmış, sürtün, holland, üzərinə, bibər, qarışığı, yuxaları, hazırlayın, Qalan, düzün, şəkildə, şərti, Yağlanmış, kəsin, qalınlığında, siniyə, kəsik, düşmək, hissəsi, rulonların
BİZİ İZLƏYİN