• Fırında tərəvəzli balıq resepti

Reseptin məlumatları Baxış sayı: 15 610

Tarix : 26-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 balıq,
1 şorba qaşığı zeytun yağı,
4 ədəd arpacıq soğan,
6 ədəd göbələk,
Yarım limon,
1 dənə dəfnə yarpağı,
2 pomidor,
Duz,
Aliminium folqa,

Hazırlanması:
Balığı təmizləyib yuyun.
Uzun bir fırın qabına folqanı döşəyin.
Təmizlənmiş balığı folqanın içinə yerləşdirin.
Üzərinə fırça ilə 1 şorba qaşığı zeytun yağını sürtün.
Göbələkləri ikiyə bölün.
Soğanları soyun.
Göbələk və soğanların bir hissəsini balığın içinə yerləşdirin.
Digər hissəsini isə üzərinə saxlayın.
Limonu nazik-nazik dilimləyin.
Dəfnə yarpağı və limonu da balığın yanına yerləşdirin.
Pomidorları kiçik-kiçik doğrayıb balığın üzərinə qoyun.
Sonra üzərini folqa ilə bağlayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqə bişirin.
Fırından çıxardın və folqanı ehtiyatla açın.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: balığın, yerləşdirin, hissəsini, yarpağı, içinə, nazik, folqa, kiçik, qaşığı, şorba, zeytun, folqanı, üzərinə, yanına, Pomidorları, dilimləyin, saxlayın, Digər, Limonu, doğrayıb
BİZİ İZLƏYİN