• Simit kababı (incə bulğur kababı) resepti

Reseptin məlumatları Baxış sayı: 15 967

Tarix : 23-12-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Yarım kq qiymə,
1 stəkan incə bulğur,
1 soğan,
3-4 diş sarımsaq,
1 dolu qaşıq bibər tomatı,
1 çay qaşığı acı bibər tomatı,
1 şirniyyat qaşığı nanə,
1 çay qaşığı cirə,
1 çay qaşığı istiot,
1 şirniyyat qaşığı duz,
Taxta şiş

Servis etmək üçün:
Lavaş,
Izqarada bişirilən pomidor və bibər,

Hazırlanması:
Bulğuru isti suda isladın.
Ağzı bağlı qabda bulğur bişənə qədər saxlayın.
Içinə çox incə doğranmış soğan, ədviyyatlar, tomatları, qiyməni qataraq tamamən qarışana qədər yoğurun.
Taxta şişləri isladın.
Yoğrulan qarışıqdan limon böyüklüyündə parçalar ayırın və şişlərə taxın.
Incəldərək şəkil verin.
Yağlanmış fırın tabağına düzün və alt üstü çox qurutmadan bişirin.
Bibər və pomidorlar yağsız tavada közləyin.
Servis tabağına lavaşı qoyun.
Üzərinə şişdən çıxardılan kababları yerləşdirin.
Pomidor və bibərlə bəzədiyiniz kababları isti-isti servis edin.

Nu olsun!
Etiketlər: qaşığı, bibər, Taxta, qədər, Servis, kababları, tabağına, şirniyyat, tomatı, soğan, bulğur, isladın, qurutmadan, düzün, Bibər, fırın, bişirin, şəkil, ayırın, parçalar
BİZİ İZLƏYİN