• 15 dəqiqəyə hazırlaya biləcəyiniz börək resepti

Reseptin məlumatları Baxış sayı: 16 061

Tarix : 12-08-2015, 22:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
8 dənə milfoy xəmir,
1 yemək tabağı dolusu pendir,
Cəfəri,
Qırmızı bibər,
1 yumurta sarısı,
3-4 qaşıq kərə yağ.

Hazırlanması:
Milfoy xəmirini soyuducudan çıxardıb 10 dəqiqə gözlədin.
Xəmiri qopartmadan aç dedikcə açın(oxlov və ya vərdənə ilə)
Fırçanın köməyi ilə əridilmiş yağı üzərinə sürtün.
Pendir, bibər və cəfəri də səpin.
Yuxanı iki yerə bölün.
Yavaşca rulon kimi bükün.
Möhkəm sarınsa içi xəmir qala bilər.
Yağlanmış siniyə uzunlamasına düzün.
Üzərinə bir qaşıq kərə yağı və yumurta sarısı sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında 25-30 dəqiqə üzəri qızarana qədər bişirin.
Arzuya görə kəsərək isti-isti servis edin.

Nuş olsun!
Etiketlər: sarısı, qaşıq, dəqiqə, yumurta, bibər, sürtün, xəmir, siniyə, Yağlanmış, uzunlamasına, bölün, düzün, bilər, Yavaşca, bükün, Möhkəm, sarınsa, Üzərinə, rulon, qızdırılmış
BİZİ İZLƏYİN