• Pencər resepti

Reseptin məlumatları Baxış sayı: 27 340

Tarix : 9-12-2015, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
200 qr ispanaq,
3 baş soğan,
100 qr keşniş,
100 qr şüyüd,
100 qr göy soğan,
2 yumurta,
160 qr ərinmiş yağ,
1 stəkan qatıq,
2 diş sarımsaq.

Hazırlanması:
Göyərti təmizlənib yuyulur və doğranılır. Baş soğan doğranılıb, yağda qızardılır, üzərinə doğranmış ispanaq əlavə edilir və 0,5 stəkan su tökülür. İspanaq yarıçiy olanda qalan göyərtilər tökülüb qarışdırılır və suyu çəkiləndən sonra çalınmış yumurta vurulub bir də qarışdırılır. Yumurta bişəndən sonra oddan götürülür. Sarımsaq duzla əzilib qatığa qarışdırılır. Hazır sarımsaqlı qatıq xörəyin yanında süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: qarışdırılır, soğan, sonra, qatıq, yumurta, stəkan, ispanaq, bişəndən, oddan, götürülür, Yumurta, çalınmış, Sarımsaq, tökülüb, çəkiləndən, vurulub, qatığa, yanında, süfrəyə, verilir
BİZİ İZLƏYİN