• Göbələk çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 70 101

Tarix : 14-12-2015, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Bir pay üçün:

263 q təzə göbələk,
20 q yağ,
30 q baş soğan,
2 ədəd yumurta,
5 q cəfəri,
istiot və duz.

Hazırlanması:
Təzə ağ göbələk soyuq suda yuyulub qabığı soyulduqdan sonra xırda doğranır və soğan qatılaraq yağda qızardılır. Bunun hamısı tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və fırında bişirilir. Süfrəyə verilən zaman göbələk çığırtmasının üstünə yağ vurulur və göyərti səpilir.

Qeyd: Pomidor çığırtması da bu qayda ilə hazırlanır. Burda pomidor dilim şəklində doğranıb soğanla birlikdə qızardılır.

Nuş olsun!
Etiketlər: göbələk, qızardılır, yumurta, üstünə, soğan, göyərti, səpilir, Pomidor, vurulur, çığırtmasının, Süfrəyə, verilən, zaman, çığırtması, qayda, doğranıb, soğanla, birlikdə, olsun, şəklində
BİZİ İZLƏYİN