• Ət qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 33 342

Tarix : 18-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
400 qr quzu və ya dana əti,
2 baş soğan,
20 qr lavaşana və ya 40 qr nar,
440 qr buğda unu,
100 qr yağ,
sumaq,
darçın,
duz
istiot

Hazırlanması:
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Nuş olsun!
Etiketlər: sumaq, sonra, üstünə, lavaşana, qatlanır, aypara, şəkilinə, salınır, qoyulub, dairələrin, kəsilmiş, tərəfinə, çəkilmiş, kənarları, tərəfi, qızdırılmış, zaman, qutabın, səpilir, olsun
BİZİ İZLƏYİN