• Milfoylu bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 13 496

Tarix : 15-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd milfoy,
5-6 dənə uzunsov bibər,

Içi üçün:
200 q qiymə,
1 ədəd soğan,
1 yemək qaşığı tomat,
1 şirniyyat qaşığı pul bibər,
1 çay qaşığı istiot,
1 çay qaşığı nanə,
1 yemək qaşığı duz,
Duru yağ,

Üzərinə:
1 yumurtanın sarısı,

Hazırlanması:
Tavaya duru yağ qoyub iç üçün lazım olan ərzaqları da əlavə edib qovurun.
Daha sonra bibərlərin bir kənarından bıçağın uçu ilə kəsərək hazırladığınız içi bibərlərin içinə qoyun.
Milfoy xəmirlərini uzun-uzun kəsin.
Bibərlərin üzərinə milfoy xəmirlərini sarıyın.
Siniyə düzün və üzərinə yumurta sarısı sürtüb əvvəlcədən 170 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, milfoy, bibərlərin, üzərinə, xəmirlərini, sarısı, bibər, sarıyın, Siniyə, düzün, qoyun, Milfoy, kəsin, Bibərlərin, əvvəlcədən, qızarana, qədər, bişirin, olsun
BİZİ İZLƏYİN