• Cücə kababı resepti

Reseptin məlumatları Baxış sayı: 21 532

Tarix : 29-12-2017, 19:30

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
Hər pay üçün:

cücə,
10 q xama,
15 q limon yaxud 25 q narşərab,
30 q baş soğan,
25 q keşniş və cəfəri,
istiot
duz.

Hazırlanması:
İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır, xama ilə isladılır və manqalda közərmiş kömür üzərində qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur və yanına qarnir yerində halqavarı doğranmış baş soğan düzülür. Ayrıca da süfrəyə narşərab verilir yaxud xörəyin üstünə limon dilimi qoyulur.

Nuş olsun!
Etiketlər: soğan, qoyulur, narşərab, istiot, limon, yaxud, yanına, qarnir, yerində, boşqaba, çıxardılıb, gətirildikdən, sonra, halqavarı, şişdən, Ayrıca, üstünə, dilimi, olsun, xörəyin
BİZİ İZLƏYİN