• Abant kababı resepti

Reseptin məlumatları Baxış sayı: 13 714

Tarix : 1-01-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
400 q qiymə,
Duru yağ,
1 soğan,
Pul bibər,
Cirə,
Duz,
Istiot,

Iç xərci üçün:
2 soğan,
4 diş sarımsaq,
1 qırmızı bibər,
1 dəstə ispanaq,
1 kasa göbələk,
Duru yağ,
Duz,
istiot,

Sos üçün:
2 stəkan süd,
1 şorba qaşığı un,
Duz,
Istiot,
Duru yağ,

Üzərinə:
Holland pendiri

Hazırlanması:
Qarışdırma qabına qiyməni, soğanı, duz, istiot, cirə, ala bildiyi qədər un əlavə edib köftənizi yoğurun.
Hazırladığınız köftəni 6 dənə kündəyə ayırın.
Bu kündələri çox böyük olmayan çanaqlar halına gətirin.
Yağlanmış fırın sinisinə yığaraq 200 dərəcə qızdırılmış fırında bişirin.
Digər tərəfdə iç xərcini və sosunu hazırlayın.
Iç xərci üçün soğan, sarımsaq və qırmızı bibəri duru yağda qovurun.
Soğanların rəngi dönüncə üzərinə doğranmış ispanağı əlavə edin.
Bu qarışığı yarı çiy bişirin.
Sos üçün isə unu duru yağda qovurun.
Üzərinə süd, duz və istiot əlavə edərək çırpın və bişirin.
Yarı bişmiş köftələrə iç xərci doldurun.
Kənarlarına göbələyi düzərək ortasına sosu qaşıq ilə tökün.
Holland pendiri rəndəsini üzərinə səpdikdən sonra təkrar 180 dərəcədə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, istiot, xərci, əlavə, soğan, Üzərinə, yağda, Holland, pendiri, qovurun, bibər, üzərinə, sarımsaq, qırmızı, Istiot, qarışığı, rəngi, dönüncə, doğranmış, ispanağı
BİZİ İZLƏYİN