• Pip dolması resepti

Reseptin məlumatları Baxış sayı: 29 897

Tarix : 13-09-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir.Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gunə yalniz nazik yarpaqları yığılir. Pip yarpağının bütün üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz edir.

Tərkibi:
Quzu əti – 108 q.
Düyü – 30 q.
Baş soğan – 20 q.
Göyərti (keşniş, şüyüd və nanə) – 15 q.
Pip-(vələs) yarpağı – 40 q.
Qatıq – 20 q.
Ərinmiş yağ – 10 q.
Duz
İstiot
Darçın

Hazırlanması:
Quzu ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.

Təzə pip (vələs) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.

Nuş olsun!
Etiketlər: yarpağı, vələs, bişirilir, yarpaqları, yumşaq, nazik, keşniş, şüyüd, yarpaqlar, yarımhazır, gəlincə, Qiymə, qoyulmuş, vəziyyətə, qaynar, isladılmış, hallarda, istiot, noxud, ləpəsi
BİZİ İZLƏYİN