• Böyrək kababı resepti

Reseptin məlumatları Baxış sayı: 17 037

Tarix : 11-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

250 q qoyun böyrəyi,
x5 q kərə yağı,
30 q baş soğan,
10 q cəfəri,
3 q sumax,
istiot
duz

Hazırlanması:
Burada qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.

Qeyd: yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur

Nuş olsun!
Etiketlər: üstünə, yanına, doğranmış, sumax, istiot, qoyun, soğan, halqavari, qoyulub, veriləndə, arabir, sürtülür, göyərti, kababı, süfrəyə, Böyrək, döyülmüş, qızardılmış, şişdə, pomidor
BİZİ İZLƏYİN