• Toyuq bozartması resepti

Reseptin məlumatları Baxış sayı: 30 241

Tarix : 27-11-2015, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

330 q toyuq,
30 q yağ,
50 q baş soğan,
15 q limon,
5 q nanə yaxud şüyüd,
0,1 q zəfəran,
istiot
duz.

Hazırlanması:
İlk emaldan keçirilmiş toyuq 30 qramlıq tikələrə doğranır və yağda azacıq qızardılır. Sonra dayaz qazana qoyularaq buna duz və istiot səpilir, yağda qızardılmış soğan və azacıq bulyon qatılıb zəif od üzərində öz buğunda bişirilir. Süfrəyə verilən zaman toyuq bozartmasına zəfəran şirəsi vurulur, üstünə isə göyərti səpilir, bir dilim limon qoyulur.

Nuş olsun!
Etiketlər: toyuq, azacıq, zəfəran, yağda, istiot, limon, səpilir, soğan, Süfrəyə, bişirilir, üzərində, qatılıb, verilən, buğunda, şirəsi, göyərti, dilim, qoyulur, üstünə, vurulur
BİZİ İZLƏYİN