• Hazır yuxadan pendirli börək resepti

Reseptin məlumatları Baxış sayı: 31910

Tarix : 31.08.2015, 14:00

Bölmə : Quru yeməklər, Duzlu xəmir işləri, Börəklər, Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4




Tərkibi:
6 ədəd yuxa,
4 yumurta,
6 şorba qaşığı qatıq,
1 paket marqarin(yarısı içi üçün, yarısı iç xərci üçün)

Iç xərci:
Yarım paket marqarin,
pendir,
3 ədəd təzə yaşıl soğan,
Yarım dəstə cəfəri,
Qırmızı bibər,

Hazırlanması:
Əvvəlcə börəyin iç xərcini hazırlayın.
Dərin bir kasaya pendiri ufalayın.
Təzə yaşıl soğanın baş hissəsini kəsib sadəcə yaşıl hissəsini və cəfərini incə-incə doğrayın.
Pendirlə qarışdırıb qırmızı bibəri əlavə edin.
Yuxaları dəzgahın üzərinə sərin.
Yuxanın üzərinə sürtüləcək qarışığı hazırlayın.
Yumurtaları çırpın.
Üzərinə qatığı əlavə edin.
Yarım paket marqarini əridərək üzərinə töküb qarışdırın.
Bütün yuxalara fırça ilə bu qarışığı yaxın.
Sonra yuxanı ikiyə qatlayın.
Ikiyə qatladığınız yuxanı 4 yerə bölün.
Iç xərcindən bir qaşıq geniş tərəfinə qoyun.
Bu şəkildə hazırladığınız börək 24 ədəd olacaqdır.
Börəkləri fırın sinisinə yan-yana düzün.
Üzərinə iç qarışığından sürtüb çörək otu səpin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
Isti çay ilə servis edə ilərərsiniz.

Nuş olsun!
Etiketlər: Yarım, paket, yaşıl, üzərinə, qarışığı, əlavə, hissəsini, hazırlayın, yuxanı, xərci, yarısı, Üzərinə, marqarin, xərcindən, bölün, qaşıq, tərəfinə, qoyun, Bütün, yuxalara
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN