• Kartoflu omlet resepti

Reseptin məlumatları Baxış sayı: 22 150

Tarix : 11-12-2015, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
Kartof: Bir ədəd
Un: Bir yemək qaşığı
Yumurta: Bir ədəd
Kərə yağı
Duz.

Hazırlaması:
1. Kartofu əvvəlcə yuyun. Sonra kartofun qabığını soyun. Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.
2. Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun. Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.
3. Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun. Ocağı yandırın. Kərə yağını əridin. Kərə yağı əridikdən sonra hazırladığımız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.
4. Yapışmayan tavanın qapağını örtün. Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.
5. Qızarıb bişən omleti isti – isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: tavaya, kartofun, yumurta, Kartof, yumurtalı, duzlu, qarışığı, yağlı, əlavə, kartof, əridin, yağını, əridikdən, sonra, Yapışmayan, hazırladığımız, rəndəli, qapağını, bişən, Qızarıb
BİZİ İZLƏYİN