• Qaz dolması resepti

Reseptin məlumatları Baxış sayı: 18 404

Tarix : 20-03-2016, 14:11

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Pilovu üçün:

4 ədət böyük boy soğan,
3 su stəkanı düyü,
Qazın ciyəri vəürəyi,
Hər biri yarım su stəkanı badam, fındıq, istəyə bağlı qoz,
1 yemək qaşığı quş üzümü,
1 çay qaşığı darçın,
1 çay qaşığıistiot,
2 çay qaşığı toz şəkər,
yarım çay stəkanı duru yağ,
duz,

Qazın üzərinə sos:
2 yemək qaşığı qatıq,
1 yemək qaşığı pul bibər,
1 şirniyyat qaşığı istiot,
1şirniyyat qaşığı acısız toz bibər,
1 şirniyyat qaşığı duz,

Fırınlamaq üçün:
Normal boylarda 2 dənə böyük iynə və ip,

Hazırlanması:
Duru yağı qazana qoyub soğanları küp -küp doğrayın ve qızarana qədər qovurun.
Üzərinə yuyulmuş və süzülmüş düyüləri qoyub duzunu və şəkərini atın.
Suyunuəlavə edib , pilovun suyu az kalıncaya qədər bişirin.
3 su stəkanı düyünü 5 su stəkanı suyla qoya bilərsiniz.
Daha sonra vam odda suyunu çəkənə qədər bişirməyə davam edin.
Ciyəri və ürəyi ufaq- ufaq doğrayın kiçik bir tavada bişirin və pilova əlavə edin.
Çərəzləri də kiçik bir tavada az qızardın və pilovaəlavə edin.
Darçını, istiotu qoyub pilovu əzmədən qarışdırın.
Qazın içini doldurmaq üçün qazı gözəlcə təmizləyib yuduqdan sonra içini iç pilovla doldurun.
İynə və iplik yardımıyla doldurduğunuz qazı tikin.

Doldurup tiktiyiniz qazı bir sininin çinə alın .
Bir kasanın içinə sos ərzaqlarını ədviyyatları, qatığı qoyub qarışdırın.
Qarışımı hər tərəfinə gözəlcə sürtün.
Fırın torbasının içinə alıb ağzını bağlayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 2 saat bişirin.
Qızarmış sevirsiniz 5 dəqiqə 220 dərəcədə daha bişirin.
Qalan pilovu böyük bir sini içinə alıb , yanına fırından çıxartdığınız qazı yerləşdirin.
Pomidor bibər soğanla bəzəyib servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, qoyub, bişirin, qədər, yemək, bibər, Qazın, içinə, böyük, şirniyyat, gözəlcə, sonra, içini, doğrayın, tavada, pilovu, yarım, kiçik, qarışdırın
BİZİ İZLƏYİN