• Arpacıq soğanlı noxudlu quzu kababı resepti

Reseptin məlumatları Baxış sayı: 15 438

Tarix : 13-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 şirniyyt qaşığı duz,
1 su stəksanı qaynamış su,
1 yemək qaşığı pomidor tomatı,
1 yemək qaşığı zeytun yağı,
1kg quzu əti,
10-15 ədət arpacıq soğan,
1 su stəkanı düyü və qabıqları soyulmuş noxud

Hazırlanması:
Əti soyuq suda yuyub aşsüzənə qoyun.
Suyunun süzülməsini gözləyin.
Dərin bir qazana 1 yemək qaşığı zeytun yağını və ətləri qoyub qazanın qapağını örtün.
Orta atəşdə ara- sıra qarıştıraraq ətlər buraxdığı suyu çəkib yumşalana qədər bişirin.
Bişməyə yaxın arpacıq soğanları əlavə edin.
Duzunu əlavə edin və bir az soyuyunca servis edəcəyiniz fırın qabına ətləri boşaldın.
Üzərinə noxudları səpin, ət və noxudları yavaşça qarışdırın.
Pomidor tomatını bir su stəkanı qaynamış su ilə açıb ətlərin üzərinə gəzdirin.
Servisə yarım saat qalanda üzərini folqayla qapadarak 200 C qızdırılmış fırında 20-25 dəqiqə bişirin.
Beləliklə həm ətlər fırınlanmış ,həm də yeməyiniz isinmiş olacaqdır.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, qaynamış, ətləri, zeytun, stəkanı, arpacıq, noxudları, bişirin, əlavə, ətlər, boşaldın, qarışdırın, yavaşça, Üzərinə, qabına, səpin, edəcəyiniz, soğanları, yaxın
BİZİ İZLƏYİN