• Duzda toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 010

Tarix : 3-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 yemək qaşığı bulyon,
3 ədət yumurta ağı,
2 ,5 kg turşuluq iri duz,
1 ədət bütün toyuq,
1 ədət böyük boy kartof,
1 su stəkanından az su,
1 ədət kök,
1 ədət dəfnə yarpağı,

Hazırlanması:
Toyuğu atəşə tutub incə tüklərini təmizləyin və təmiz yuyun.
Toyuğun içinə 1 yemək qaşığı bulyon töküb hər tərəfinə yayın.
Bulyon duzlu tərkibə malik olduğu üçün əsla toyuğun üzərinə sürtməyin.
Kartofu və kökü dilimləyərək toyuğun içinə doldurun.
1 ədət dəfnə yarpağı qoyun.
Toyuğun bud və qanadlarını iplə bağlayın.
Duzu genişçə bir qaba tökün.
Üzərinə yumurta ağı və su əlavə edərək xəmir halına gətirin.
Fırın qabının dibinə 1 sm qalınlığında duz xəmirini yayın və üzərinə toyuğu oturdun.
Qalan duzla toyuğun hiç bir tərəfıni hava almayacağı şəkildə bağlayın.
200 dereceye qədər qızdırılmış fırında 2 saat duz möhkəm qızarana qədər bişirin.
İstərsəniz üzərinə bir az kolonya töküb çaxmaqla yandıraraq servis edə bilərsiniz.
Toyuğun üzərində duz təbəqəsını bərk bir cisimlə qırın və duzları təmizləyin.
Toyuğu parçalayaraq servis edin.

Nuş olsun!
Etiketlər: üzərinə, toyuğun, Toyuğun, təmizləyin, Toyuğu, servis, yarpağı, içinə, yayın, bağlayın, toyuq, qədər, dəfnə, töküb, yumurta, yemək, qaşığı, bulyon, almayacağı, tərəfıni
BİZİ İZLƏYİN