• Qarssayağı tikə kabab resepti

Reseptin məlumatları Baxış sayı: 15 701

Tarix : 14-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

350 q qoyun əti,
100 q qoyun böyrəyi,
50 q baş soğan (yarısı marinadlaşdırmaq üçün),
Göy soğan,
Limon,
Cəfəri,
Sumaq,
istiot,
duz.

Hazırlanması:
Qoyun cəmdəyinin bel hissəsindən bütöv tikələr və böyrəklər götürülür. Qızartmazdan qabak ət soyuq yerdə 3-4 saat saxsı yaxud minalı qabda soğanla birlikdə marinadlaşdırılır.

Bişiriləndə ət böyrəklərlə birlikdə şişə taxılır, duzlanır və manqalda alovsuz közərmiş kömür üzərində qızardılır.

Xörək süfrəyə veriləndə yanına soğan, sumaq, limon, istiot və duz qoyulur. Yay vaxtı şişdə qızardılmış pomidor da bunun yanına qoyulur.

Nuş olsun!
Etiketlər: soğan, qoyulur, yanına, birlikdə, qoyun, istiot, duzlanır, taxılır, manqalda, alovsuz, közərmiş, böyrəklərlə, Bişiriləndə, qabda, soğanla, bunun, marinadlaşdırılır, kömür, üzərində, sumaq
BİZİ İZLƏYİN