• Toyuqlu qat-qat piroq resepti

Reseptin məlumatları Baxış sayı: 18 633

Tarix : 1-01-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Pendirli biskvitlər üçün:

5 yumurta,
3 xörək qaşığı mayonez,
3 xörək qaşığı mannı və ya adi ağ un,
400 qram sürtgəcdən keçirilmiş bərk pendir.
Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun.

İçi üçün:
1 kq çəkilmiş toyuq qiyməsi(çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz),
6 xörək qaşığı yağ (duru və ya kərə),
2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın,
Zövqə görə duz,
Zövqə görə istiot,
Xırda-xırda doğranmış şüyüd – zövqə görə .

Hazırlanması:
Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.
Sobanı 180dərəcə qızdırın.
Pendirli biskivitləri hazırlayın.
Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.
Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.
Biskivitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskivitlər soyusun.
İndi isə hər biskiviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq.
Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.
İçi hazırlayın.
Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun.
Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.
Sobanı 160dərəcə qızdırın.
Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və folqa kağızının kənarları listdən qırağa çıxsın.
İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın
Beləcə davam edin.
Axırıncı biskvitlə piroqu örtün.
Folqa kağızının kənarlarıyla piroqun üzərini örtün.
Piroqu 50 dəqiqə ərzində bişirin.
Sobadan çıxardın.
Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin.
Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, xırda, Bunun, əlavə, hazırlayın, qızdırın, istiot, Zövqə, perqament, sərin, Sobanı, qarışdırın, Sobadan, piroqu, örtün, dəqiqə, kağızının, üstünə, çıxardın
BİZİ İZLƏYİN