• Gürcü mətbəxindən Çaxoxbili resepti

Reseptin məlumatları Baxış sayı: 26 785

Tarix : 29-08-2015, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ,
1 toyuq (təxminən 1 kg 500 q) – 10 tikəyə bölün (mən hərdən sümüksüz bud ətindən istifadə edirəm),
4 ədəd orda boy soğan – doğrayın,
8 ədəd orta boy pomidor – soyun və iri-iri doğrayın,
3 diş sarımsaq – soyun və xırda-xırda doğrayın,
təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd),
bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm),
duz,
istiot,

Hazırlanması:
Yağı iri tavada əridin.
Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın).
Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin.
Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin.
Yemək hazırdır.
Çörəklə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bişirin, doğrayın, örtün, istifadə, xırda, qarışdıra, bibər, göyərti, hərdən, soyun, təxminən, toyuq, qızardın, tərəfini, Soğanı, tavaya, yağda, qızarmasın
BİZİ İZLƏYİN