• Közləmə resepti

Reseptin məlumatları Baxış sayı: 17 580

Tarix : 2-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı un,
1 şorba qaşığı qatıq,
1 şorba qaşığı yağ,
1 şorba qaşığı duru yağ,
1 çay kaşığı soda,
1 çay qaşığı limon suyu ,
250 q pendir,
1/2 dəstə cəfəri,
Duz,

Hazırlanması:
Unu xəmir taxtasına ələyib, ortasını açın.
Açılan yerə qatığı, duru yağı, limon suyunu, sodanı, duzu qoyub, suyu əlavə edərək yumşaq bir xəmir yoğurun.
Özünü tutduqdan sonra xəmiri 5 yerə bölün. Kündələri 2-3 mm. qalınlığında açıb, əritdiyiniz kərə yağ ilə yağlayın.
Üçə qatlayıb təkrar yağlayın.
Bütün kündələri eynı şəkildə hazırlayıb 20dəqiqə gözlədin.
Pendiri rəndələyib cəfəri ilə qarışdırın.
gözlədilən xəmirləri , dört bucaq şəklində açın.
Bir kənarına içi qoyup, o biri kənarını üstünə qatlayın.
Kənarlarını basdırıb, saçda və ya teflon tavada, altını -üstünü qızardın.
İsti-isti servis edin.
Not: İstədiyiniz içi istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, şorba, limon, xəmir, yağlayın, cəfəri, gözlədilən, qarışdırın, rəndələyib, şəklində, bucaq, kənarına, xəmirləri, gözlədin, kündələri, Bütün, şəkildə, hazırlayıb, qoyup
BİZİ İZLƏYİN