• Tərəvəzli quzu boynu resepti

Reseptin məlumatları Baxış sayı: 15 630

Tarix : 17-04-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 dənə quzu boynu,
1 su stəkanı noxud,
2 dənə kök,
2 dənə iri kartof,
1 dəstə təzə soğan,
1 dəstə şüyüd,
duz,
istiot,
limon suyu

Hazırlanması:
Quzu boynunu yuyub təmizləyin.
Bir qazana qoyub bişirin.
Yavaş –yavaş bişən xörəyin üzərinə yığılan köpükləri alıb atın.
Boyunlar yaxşıca bişdikdən sonra, qazana bir stəkan noxud tökün.
İki dənə kökü yuyub təmizləyərək doğrayıb xörəyin içinə əlavə edin.
Kartofları da eyni şəkildə təmizləyib doğrayın və onu da qazana əlavə edin.
Bir dəstə təzə soğanın yaşıl yarpaqlarını da doğrayaraq əlavə edin.
Duzu və bibəriisə kök və kartoflar bişənə qədər əlavə edin.
Ətlər sümüklərdən ayrılmağa başlayanda xörəyi ocaqdan düşürdün.
İncə doğranmış şüyüdlə bəzəyərək içinə limon suyu da əlavə edin.
İsti-isti servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, dəstə, qazana, içinə, yuyub, boynu, noxud, xörəyin, limon, yarpaqlarını, doğrayaraq, bibəriisə, doğrayın, şəkildə, Kartofları, təmizləyib, kartoflar, soğanın, yaşıl, Ətlər
BİZİ İZLƏYİN