• Toyuq döşü ilə yuxa doğraması resepti

Reseptin məlumatları Baxış sayı: 16 656

Tarix : 23-12-2015, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
3 ədət yuxa,
1 ədət toyuq döşü,
125 q kərə yağı,
1 su stəkanı iri əzilmiş qoz,
5 su stəkanı su,
duz,

Hazırlanması:
Yuxalardan birini düz bir yerə sərib ortadan ikiyə kəsin.
Kəsilən yuxanı rulon kimi sarıyın və 5 sm genişliyində kəsin.
Yuxaların hər birini bu şəkildə hazırlayın.
5 su stəkanı suya duz əlavə edərək toyuq döşünü bişirin.
Toyuğu qazandan alın.
Kəsilən yuxaları ocaqda qaynayan toyuq suyuna batırın.
Yağlanmış fırın sinisinə bir sıra yuxa düzün. Toyuq ətini didikləyin.
Bir azını yuxaların üzərinə yayın.
Bir az qoz səpin.
Əridilmiş kərə yağı gəzdirin.
Üzəinə təkrar kəsilmiş yuxalardan qoyun.
Diğər ərzaqlardan yayın.
Yuxalar bitənə qədər buna davam edin.
Ən üstə iki çömçə isti toyuq suyu gəzdirin. Qoz səpərək, kərə yağı gəzdirin.
Istərsəniz 5 dəqiqə qədər fırınlayın.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: toyuq, stəkanı, gəzdirin, qədər, kəsin, Kəsilən, yayın, birini, Əridilmiş, səpin, düzün, Üzəinə, təkrar, Toyuq, ətini, kəsilmiş, üzərinə, azını, didikləyin, yuxaların
BİZİ İZLƏYİN