• Bildirçin dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 712

Tarix : 26-11-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
6 orta boy bildirçın,
1+1/2 şorba qaşığı quş üzümü,
6 şorba qaşığı kərə yağ,
1+1/2 şorba qaşığı dolmalıq fıstıq,
1 böyük soğan,
1 şirniyyat qaşığı duz,
1/2 stəkan düyü,
1/2 şirniyyat qaşığı istiot,
1/2 şirniyyat qaşığı darçın,
3+1/2 stəkan su,

Hazırlanması:
Əvvəlcə bildirçinləri ütələyib yuyun.
Düyünü ayırtlayıb ilıq duzlu suda bir saat gözlədin.
Soğanı yeməklik doğrayın.
Fırını orta hərarətdə qızdırın.
Quş üzümünü ayırlayıb , üstünü örtənə qədər ilıq su tökün.
Orta boy bir tavada 2 şorba qaşığı kərə yağı orta atəşdə əridin.
Yağ əriyər əriməz, bildirçinləri tavaya qoyub, alt-üst edərək, hər iki yanlarını 2 dəqiqə qızardın.
Tavanı atəşdən alıb, bildirçinləri bir servis tabağına yığın.
Orta boy bir tavaya qalan 4 şorba qaşığı kərə yağı qoyub, orta atəşdə əridin.
Yağ əriryəndə soğanı əlavə edib , bir dəqiqə qədər qovurun.
Soğan qızarmağa başlayınca süzəcəyiniz düyünü, eynı şəkildə də süzəcəyiniz quş üzümünü, dolmalıq fıstığı, duzu, bibəri və darçını əlavə edin.
Tez-tez qarışdıraraq, 3-4 dəqiqə qovurun. Tavaya 1- 1/2 stəkan su qatıb, vam odda 10 dəqiqə bişirin.
Qazanı ocaqdan alıb , ağzını örtüb , xörəyi dincə qoyun.
Dolma içini, 15-20 dəqiqə dincə qoyun.
Sonra , şorba qaşığı ilə bildirçinləri doldurun. Doldurulmuş bildirçinləri tavaya yerləşdirin.
Doldurulmuş bildirçinlərin üzərinə 2 stəkan suəlavə edib , fırına verin.
25-30 dəqiqə sonra qabı fırından alın.
Bildirçin dolmalarını isti olaraq servis edə bilirsiniz

Nuş olsun!
Etiketlər: qaşığı, şorba, dəqiqə, bildirçinləri, stəkan, tavaya, şirniyyat, Doldurulmuş, əridin, atəşdə, üzümünü, qədər, dincə, qoyun, qoyub, qovurun, əlavə, servis, dolmalıq, süzəcəyiniz
BİZİ İZLƏYİN