• Corat qutabı (Dəvə ətindən qutab) resepti

Reseptin məlumatları Baxış sayı: 31 763

Tarix : 9-12-2015, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:

3 stəkan un,
1 stəkan ilıq su,
1 çay qaşığı duz,

İç üçün:
250-300 q çəkilmiş dəvə əti,
2 ədəd balaca baş soğan,
1 xörək qaşığı narşərab ya 1 ədəd nar,
Zirinc,
Duz ,
İstiot,
Sumaq,

Yağlamaq üçün:
Əridilmiş ya da adi kərə yağı

Yuxaları yaymaq üçün:
Əlavə un,

Hazırlanması:
Unu dərin bir qaba ələyib üstünə duz və su töküb qaşıqla qarışdırın.
Sonra əlinizlə normal xəmir yoğurun.
İçliyi hazırlamaq üçün əti soğanla bir ət maşınından keçirin.
Üstünə düz, istiot, narşərab və zövqə görə nar ya da zirinc töküb qarışdırın.
İçliyimiz artıq hazırdır.
Xəmirdən balaca kündələr düzəldin(40 q).
Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayın.
Yuxanın bir tərəfinə içlikdən qoyub yayın. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidin.
Fırın tabağına kağız sərib( ya da kağızsız) qutabları yığın.
Üstündən çəngəl ilə 5-6 yerdən deşin.
Üzünə az yağ ya da su çəkin.
Sobanı 170-200 dərəcədə qızdırıb qutabı bişməyə qoyun.
Üzü qızaranda qutab hazır olacaq.
Çorat qutabı təndirdə bişdikdə daha da ləzzətli olur.
Çıxaran kimi üstünə yağ çəkib üst–üstə yığın. Qutabı süfrəyə verdikdə üstünə zövqə görə sumaq səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üstünə, qutabı, narşərab, qarışdırın, yığın, yayın, Yuxanın, zövqə, balaca, töküb, qaşığı, stəkan, qutab, kağız, verdikdə, sərib, qutabları, çəngəl, Üstündən, tabağına
BİZİ İZLƏYİN