• Göbələk dolması resepti

Reseptin məlumatları Baxış sayı: 29 544

Tarix : 18-12-2015, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
2 kq şampinyon göbələyi,

İç xərci üçün:
300-400q qiymə,
3 diş sarımsaq,
2 dənə orta boy soğan,
Duz
İstiot,

Üzəri üçün:
300-400 q Holland pendiri,

Hazırlanması:
Qiyməni kiçik doğranmış soğan və sarımsaq qataraq qovurun.
Hazır olan qiymənın duzunu ,istiotunu yoxlayıb ocaqdan düşürün və soyumaya qoyun.
Göbələkləri yumazdan əvvəl papaq və çubuq qismini bir-birindən ayırın.
Göbələyin papaq hissəsinin üst qabığı çox incə şəkildə soyub içindəki qara hissəsini ağzı küt bir şeyle təmizləyin.
Təmizlənmiş göbələkləri təmiz yuduqdan sonra içini doldurub fırın sinisinə düzün və 200dərəcə qızdırılmış fırında bişirin.
Göbələklər suyunu verib 10dəqiqə qaynadıkdan sonra fırın sinisindən çıxardın və doğranmış pendirləri üzərinə qoyub yenidən fırına verin.
Pendir əriyib azacıq qızarınca yeməyiniz hazır sayılır.
İstəsəniz qatıq və ya sarımsaqlı qatıqla yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sarımsaq, soğan, papaq, doğranmış, sonra, fırın, bişirin, fırında, qızdırılmış, Göbələklər, təmizləyin, verib, suyunu, düzün, təmiz, doldurub, içini, göbələkləri
BİZİ İZLƏYİN