• Köklü plov resepti

Reseptin məlumatları Baxış sayı: 30 178

Tarix : 8-06-2014, 11:46

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı düyü
1 xörək qaşığı kərə yağı
3 su stəkanı su
Duz

Bəzəmək üçün:
1 çay qaşığı kərə yağı
1 ədəd soğan
2 ədəd kiçik ölçülü kök
1 çay stəkanı qaynadılmış qarğıdalı
Duz
İstiot

Hazırlanması:
Düyüləri isti duzlu su ilə isladın. Daha sonra suyunu süzün. Qazana kərə yağını əlavə edin. 2 su stəkanı düyünü əlavə edin. Düyünü qovurub, üzərinə suyu və duzu əlavə edin. Düyülər suyunu çəkib, plov dəmlənənə qədər bişirin.
Ayrı bir yerdə 1 çay qaşığı kərə yağında 1 ədəd yeməklik doğranmış soğanı yaxşıca qovurun. Ardından kub-kub doğranmış kökü əlavə edib bişirin. Duz və istiot əlavə edin. Dərin bir qaba bişmiş kökləri və qarğıdalı dənələrini çiçək şəklində düzün. Üzərinə plovu boşaldıb, qaşıqla basdırın. Daha sonra servis qabına plovu tərsinə çevirin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkanı, qaşığı, plovu, suyunu, doğranmış, bişirin, qarğıdalı, sonra, istiot, Dərin, bişmiş, kökləri, Ardından, qovurun, olsun, çevirin, soğanı, yaxşıca, tərsinə
BİZİ İZLƏYİN