• Sini mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 13 772

Tarix : 23-12-2015, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
Ala bildiyi qədər un,
Su,
Duz,

İç xərci:
Qiymə,
Quru soğan,
Duz,
İstiot,
Cəfəri,
Soğanı incə bir şəkildə doğrayın.
Cəfərini incəcik doğrayın.
Qiymə, cəfəri, soğan, duz və istiotu qarışdırın.
1 dənə toyuq (bud da ola bılər),

Üzərinə:
Sarımsaq ,
Qatıq,
Duz,

Hazırlanması:
Əvvəlcə toyuğu yuyun.
Düdüklü qazana koyun və su əlavə edib 15 dəqiqə qədər bişirin.
Yoğurma qabına 6-7 su stəkanı un qoyub duz və suyu yavaş- yavaş əlavə edərək yumşaq sərt olmayan bır xəmir yoğurun.
Xəmirdən iki kündə hazırlayıb unlanmış dəzgahın üzərində açın.
Əvvəlcə 4 barmaq genişliyində lentvari kəsin.
Sonra eninə eynı şəkildə kəsərək dörtkünc xəmir əldə edin.
Bu dörtkünc xəmirlərin ortasına hazırlanan içdən qoyun.
İç qoyulmuş xəmirin uclarından baş barmaq və yanlarındakı işarət və orta barmaq ilə tutaraq bərk yapışdırın.
Yağlanmış siniyə bunları düzgün bir şəkıldə düzün(günəş kimi).
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 10 dəqiqə qədər bişirin və sinini fırından alaraq üzərinə toyuq suyu tökün.
Təkrar fırına verin.
Üzəri azca qızarınca kərə yağı parçalarını üzərinə qoyaraq 10 dəqiqə də bu şəkildə bişirdikdən sonra fırından alıb servis edin.
Servis zamanı kərə yağlı tomat istifadə etməklə bərabər, sarımsaqlı qatıq da istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qədər, dəqiqə, barmaq, şəkildə, əlavə, Əvvəlcə, bişirin, yavaş, dörtkünc, xəmir, toyuq, fırından, üzərinə, doğrayın, istifadə, soğan, Qiymə, şəkıldə, bunları, düzgün
BİZİ İZLƏYİN