• Omletli toyuq plovu resepti

Reseptin məlumatları Baxış sayı: 14 926

Tarix : 10-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
4 dənə yumurta,
1 şorba qaşığı kərə yağı,
1 su stəkanı düyü,
Bir stəkan yarım su,
1 dənə toyuq döşü,
1 şorba qaşığı dolmalıkq fıstık,
Duz,
istiot,
cəfəri,

Bəzəmək üçün:
Bişmiş noxud,

Hazırlanması:
Yumurtaları tək-tək çırpın.
Çox az yağ qoyulmuş yapışmaz tavaya töküb omlet hazırlayın.
Bu arada düyünü yuyub suyunu süzün.
1 şorba qaşığı kərə yağında düyü və fıstığı azca qovurub, üzərinə suyu əlavə edin.
Duzunu ayarlayın.
Vam odda pilovu bişirin.
Toyuq döşünü də bişirib incə-incə didikləyin.
İncə doğranmış cəfəri ilə toyuq ətini plova qarışdırın.
Istiotu əlavə edin.
Daha sonra hər bir omleti düz tabağa sərib, üzərlərinə pilovu paylaşdırın.
Ters çevirib, noxud ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, şorba, toyuq, əlavə, noxud, pilovu, cəfəri, bişirin, bəzəyərək, Toyuq, döşünü, bişirib, ayarlayın, Duzunu, fıstığı, qovurub, üzərinə, servis, didikləyin, doğranmış
BİZİ İZLƏYİN