• Duxovkada toyuq və plov resepti

Reseptin məlumatları Baxış sayı: 19 377

Tarix : 20-03-2016, 14:12

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
Toyuq üçün:

1 ədəd yanmayan fırın torbası
1 ədəd orta boy baş soğan
duz

Plov üçün:
2 stəran düyü
3 stəkan isti su və ya ət, toyuq suyu
4 yemək qaşığı kərə yağı
1 stəkan suda bişmiş noxud
1 tablet ət bulyonu

Hazırlanması:
Duxovkada toyuq və plov hazırlamaq üçün toyuğu əvvvlcə təmiz yuyun. Sonra təmiz yuyulmuş toyuğu yanmayan fırın torbasına qoyun. Torbanın ağzını bağlayın. Ağzını bağladıqdan sonra torbanı bir neçə yerindən deşməyi yaddan çıxartmayın. Çünki bunu eləmədiyiniz təqdirdə bişmə zamanı meydana gələn isti hava və buxar, torbanı şişirdib partlada bilər.

Duxovkanı 180 dərəcəyə isidin. İsidilmiş duxovkada toyuğu qıp – qırmızı olana qədər qızardın.

Düyünü ilıq suda süzgəc içərisində 2-3 dəfə yuyun.

Noxudu suda bişirin.

Bir qabı ilıq su doldurun. Yuyulub təmizlənən düyüləri burada 10-15 dəqiqə islağa qoyun.

Kərə yağını plov bişiriləcək tavaya qoyun vəisidin. Düyüləri süzün. Suyu təmiz süzülən düyüləri yağ olan tavaya əlavə edin və qovurun.

Bulyonları bir qabda əzin. 3 stəkan syu və əzdiyiniz bulyonu düyüyə əlavə edib qarışdırın. Bundan sonra suda bişmiş noxudları da düyüyə əlavə edin, qarışdırın və tavanın qapağını örtün.

Düyünü əvvəlcə güclü odda, üzəri deşik – deşik olana qədər bişirin. Bundan sonra ocağın temperaturunu azaldın. Düyü suyu tamamiylə çəkdikdən sonra isiticini söndürün və plovu dəmləməyə qoyun.

Süfrəyə verilərkən qaba düyü çəkilir. Üzərinə duxovkada bişmiş bütöv toyuq qoyulur və bu şəkildə servis edilir.

Nuş olsun!
Etiketlər: toyuq, sonra, qoyun, toyuğu, təmiz, əlavə, stəkan, bişmiş, duxovkada, tavaya, qarışdırın, Bundan, yuyun, deşik, bulyonu, bişirin, Duxovkada, qədər, fırın, düyüyə
BİZİ İZLƏYİN