• Basdırma kabab resepti

Reseptin məlumatları Baxış sayı: 96 621

Tarix : 27-12-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
300 qram cavan mal əti (can əti)
1 baş soğan (yarısı basdırma üçün)
15 qram nar, və ya 10 qr üzüm sirkəsi
5 qram kərə yağı
10 qram cəfəri
istiot
duz

Hazırlanması:
Basdırma kabab hazırlamaq üçün mal əti (can əti) təxminən 35–40 qramlıq tikələrə doğranılır. Doğrandıqdan sonra bu tikələr sonra emallı qaba qoyulur. Bu doğranmış ətlərin üzərinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə basdırma olması üçün saxlanılır. Basdırma etmək, əti həm yumşaldır, həm də ədviyyatların təsiri ilə daha da ləzzətlənir.

Basdırma kababı bişirmək üçün basdırma edilmiş ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Közlərin atəşlənib yanmamasına diqqət yetirmək lazımdır. Buna diqqət edilməsə basdırma kabab üz hissəsi yanar, içərisi isə istənilən şəkildə bişməz.

Basdırma kabab tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür.

Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

Nuş olsun!
Etiketlər: Basdırma, kabab, basdırma, soğan, istiot, diqqət, sonra, yaxud, sirkəsi, döyülmüş, doğranmış, qoyulur, yanar, içərisi, olsun, istənilən, şəkildə, hissəsi, bişməz, yanmamasına
BİZİ İZLƏYİN