• 7 gözəl plovu resepti

Reseptin məlumatları Baxış sayı: 9722

Tarix : 26.12.2016, 09:00

Bölmə : Quru yeməklər, Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox




Tərkib:
Düyü ,
Ərinmiş yağ,
Toyuq,
Soğan ,
Portağal,
Zirinc,
Ərik qurusu ,
Badam,
Fıstıq,
Kişmiş ,
Nar ,
Zirə,
Zəfəran,
Duz,
İstiot,
Şəkər tozu,
Lavaş,

Hazırlanması:
Portağalın qabığını soyun.
Qaynar suda isladın, bir neçə dəfə suyunu dəyişin. Su soyuduqca süzüb atın, əvəzinə qaynar su tökün. Beləcə, qabığın üstündəki bütün mum çıxanadək (suyun üzərində, kasanın qırağında yığılır) prosesi təkrar edin.
Sonra isə iti bıçaqla portağalın qabığını napnazik saman kimi doğrayın.
Toyuğu doğrayın. Qanadlarını, belini, döşünü, budlarını və bud dibini ayrı qoyun.
Soğanı nazik doğrayın.
Soğanı ərinmiş yağda qovurun, yanmasın deyə ocağı azaldın.
Soğanın ətri yayılanda toyuğun çox bişməli olan hissələrini – qanadları və belini tavaya salın.
Duz, istiot, döyülmüş zirə səpin.
Adətən, buraya sarıkök qatırlar. Ancaq əlinizin altında əsl zəfəran varsa, onu şəkər tozu ilə döyün, qaynar su töküb dəmləyin, sonra bunu toyuğa əlavə edin. Çünki zəfəran tək rəng vermir, həm də əsl bayram rayihəsi yayır.
Zəfərandan savayı azacıq gül suyu da əlavə etmək olar.
Toyuğun döşünü digər ət parçaları yarıbişmiş olanda əlavə edin. Qarışdırın, tavanın qapağını qoyub ocaqdan götürün. Narahat olmayın, çiy qalmayacaq.
Demək olar ki, birinci “gözəlimiz” hazırdır.Portağal sedrasını hazırlamaq üçün tavaya ərinmiş yağ, şəkər tozu və zirə qoyun.
Şəkər tozu əriyənədək tavanı qızdırın. Dərhal sedranı, ardınca da 3-4 xörək qaşığı su əlavə edin. Sonra sedra karamelləşənədək qarışdırın.
Badamı qaynar suda isladın, qabığını təmizləyin. Sonra hər birini uzununa 3-4 yerə bölün.
Ərinmiş yağda rəngi allaşıb gözəl ətir verincə qovurun.
Fıstığı da eynilə hazırlayın.
Ancaq fıstığın rəngini dəyişməsini gözləməyin, ətri gəldisə, hazırdır.
Dənəsiz ərik qurusunu tərtəmiz yuyun, qurudun, doğrayın. Yaş qalarsa, əziləcək, həm görünüşünü itirəcək, həm də plovu bərbad edəcək.
Kişmişlər əvvəlcə şişib adi üzüm dənəsi boyda olur, sonra yenə büzüşür. Bütün quru meyvələrin yağı – bu plovun canıdır.
Gözəllər”in altısı artıq hazırdır: toyuq, sedra, ərik qurusu, badam, fıstıq, kişmiş. Qaldı bircə zirinc. Onu da kişmiş kimi şişənədək ərinmiş yağda qovurun.
Bunları lay-lay düyünün arasına da düzmək olar. Hamısını qarışdırıb yağını süzüb döşəmək də olar.
Bayram plovu üçün ən yaxşı basmati seçmək lazımdır, yəni ki, 12 saat suda saxlayandan sonra ondan əla plov çıxsın.Düyü üçün suyu 2:1 nisbətində südlə qarışdırın (2 pay su + 1 pay süd). Duz əlavə edin. 1 kq quru düyüyə 5 litr su-süd qarışığı gərəkdir.
Yağ da vacibdir. 1 kq quru düyüyə təxminən 400 q ərinmiş yağ gedir.
Ya adi üsulla xəmirdən qazmaq hazırlayın. Ya da ən rahatı – lavaş götürün.
Lavaşı parçalara bölüb yağlayın, bir neçə qat üst-üstə düzün (qoy qazmağı çox olsun).
Su-süd qarışığı qaynayanda yuyub islatdığınız düyünün suyunu süzün, qazana tökün. Həmən dəqiqə də qarışdırın ki, dibinə oturub yapışmasın. Qazan təkrar qaynamağa başlayanda qarışdırmağı dayandırın.
Bir qədər də zəfəran götürüb döyün, qazanda qaynayan südlü sudan 2 qaşıq üzərinə töküb qarışdırın.
Yarıbişmiş düyüdən bir qədər götürüb balaca qazançaya yığın.
Zəfəran dəmləməsi ilə qarışdırıb ağzını örtün, dəmə qoyun.
Bax belə!
Bir tumturş narın şirəsini sıxın.
Yenə bir balaca qazançaya düyüdən tökün, nar şirəsi ilə qarışdırıb dəmə qoyun.
Nar şirəsi yoxdursa, bir çuğunduru sürtgəcdən keçirin, suyunu sıxın. Turş olmayacaq, amma rəng verəcək.Düyünü təxminən 9-12 dəqiqə qaynadın. Süzün.
İndi plovu dəmə qoymaq gərəkdir. Toyuğun yağı ilə bulyonunu süzün
Lavaşın üstünə toyuğu döşəyin.
Qovrulmuş soğanı toyuğun üstünə döşəyin (altda qalsa, yanar).
Sonra isə lay-lay quru meyvələri düzün.
Quru meyvənin çox hissəsini düyünün təpəsinə yaxın düzün, çünki bunlarla plov “bəzənəcək”. Ancaq bu layın da üstünü düyü ilə örtmək lazımdır.
azanın qapağına “vaflili” dəsmal bükün (bunlar buxarı daha yaxşı hopdurur). Dəmə qoyun. Quru meyvələri qovurduğunuz yağı düyü tam dəm alana yaxın üzərinə gəzdirin.
Dəmdə isə düyü ən azı iki saat qalmalıdır. İmkan varsa, 4-6 saat da dəmləyə bilərsiniz, bu, onu daha dadlı edər.
Belə plovu süfrəyə elə-belə vermək günahdır. Mütləq bəzəmək lazımdır. Rəngli düyünü hissə-hissə qəşəng düzmək üçün iki uzun bıçaq götürün, V hərfi kimi çarpaz qoyun və arada boş qalan yerə qaşıqla düyüdən tökün.

Nuş olsun!

Etiketlər: qoyun, plovu, əlavə, Sonra, qarışdırın, ərinmiş, tökün, doğrayın, qaynar, götürün, qabığını, düyüdən, Ancaq, yağda, qovurun, hazırdır, zəfəran, sonra, suyunu, qarışdırıb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica