• Cücə plov resepti

Reseptin məlumatları Baxış sayı: 21 575

Tarix : 20-12-2015, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkib:
cücə əti – 300 q,
düyü – 250 q,
ərinmiş yağ – 50 q,
qaysı qurusu – 25 q,
zəfəran – 0,1 q,
kişmiş
duz

Hazırlanması:
Cücənin içalatı çıxarılır, təmizlənir, ütülür və yuyulur. Bundan sonra hər cücə iki hissəyə bölünür. İki hissəyə bölünmüş hər cücə parçası duzlanır və tavada yağ içində qızardılır. Eyni zamanda düyüdən adi qaydada plov hazırlanır. Hazırlanan plovun üstünə zəfəran şirəsi vurulur. Bir tavada yağ qaynadılır “dağ” edilir. Bundan sonra qaynar yağ üzərinə zəfəran şirəsi tökülən plovun üzərinə tökülür.

Bundan sonra ayrı bir qabda cücə plovu ilə birlikdə süfrəyə verilmək üçün kişmiş, bundan sonra qaysı qurusu qovrulur.

Cücə plov Süfrəyə verilməsi:
Süfrəyə verilən zaman buluda hazır plov çəkilir, üstünə yağ tökülür. Qovrulmuş meyvə ilə qızardılmış cücə əti ayrıca boşqabda süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: sonra, Bundan, zəfəran, süfrəyə, tavada, Süfrəyə, tökülür, plovun, üzərinə, şirəsi, üstünə, hissəyə, kişmiş, qaysı, qurusu, plovu, birlikdə, qızardılmış, qabda, qaynar
BİZİ İZLƏYİN